“Yuventus” transferi açıqladı

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Nitsa”dan Kefren Türamı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Türam ötən mövsüm “Nitsa”da 29 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.