“Yuventus”un direktoru Kristiano Ciuntoli “Mançester Yunayted”in oyunçusu Coşua Zirkze ilə bağlı söz-söhbətlərə cavab verib.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisinin rəsmisi niderlandlı hücumçunun transfer xəbərini yalanlayıb:
“Biz heç vaxt Zirkzeni “Mançester Yunayted” ilə müzakirə etməmişik. Yaxın həftələrdə nə olacağını bilmirəm, “Mançester Yunayted” öz işləri ilə məşğuldur. Biz həmişə bütün imkanlara diqqət yetiririk, lakin hazırda heç biri yoxdur”.
Qeyd edək ki, 23 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2029-cu ilin yayına kimidir.