“Yuventus”unidman direktoru Kristiano Gintuli adı “Fənərbağça” ilə hallanan Duşan Vlahoviçlə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner İtaliya mətbuatına açıqlamasında serbiyalı hücumçu haqda qərar verilmədiyini söyləyib:
“Vlahoviç ayrılacaq? Hələ heç nə bilinmir. Onun haqda qərar vermək üçün mövsümün sonunu gözləyirik”.
Vlahoviç bu mövsüm 39 oyunda 14 qol vurub.