“Yuventus” yayda “Qalatasaray”ın forvardı Viktor Osimheni transfer etmək fikrində deyil.
Futbolpress.az xəbər verir ki, Turin klubu “Napoli”yə məxsus olan hücumçunun çox baha olacağını düşünüb və diqqətlərini başqa yerə çevirib.
“Yuventus”un hazırki hədəfi “Atalanta”nın cinah oyunçusu Ademola Lukmandır.
Lukmanın baş məşqçi Can Pyero Qasperini ilə bəzi mübahisələrdən sonra cari mövsümün sonunda İtaliya klubunu tərk edəcəyi gözlənilir.
Nigeriyalı vinger bu mövsüm Berqamo klubu üçün 34 oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.