“Yuventus” onunla razılaşdı – müqavilə müddəti və maaşı artacaq

“Yuventus” futbolçusu Andrea Kambyaso ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi 24 yaşlı müdafiəçi ilə sözləşmə detallarında razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Qoca sinyora” Kambyasonun müqaviləsini 2028-ci ilin yayına kimi artıracaq və onun yeni məvacibi illik 2,4 milyon avro olacaq.

Kambyaso bu mövsüm 39 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.