“Yuventus” icarə əsasında komandada çıxış edən Lloyd Kellinin transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Turin təmsilçisi 26 yaşlı müdafiəçi üçün klubu “Nyukasl”a 30 milyon avro ödəyəcək.
Kelli bu ilin yanvarında icarə əsasında “sağsağanlar”dan “qoca sinyora”ya keçib. O, A Seriyasında 12 matçda meydana çıxıb.