“Yuventus” “Milan”a təklif göndərdi

“Yuventus” “Milan”ın futbolçusu Pyerre Kalulunu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi 24 yaşlı müdafiəçi üçün “qırmızı-qaralar”a rəsmi təklif göndərib. “Yuventus” oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Kalulu “Milan” formasıyla 112 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.