“Yuventus” kuboka vida etdi

İtaliya Kubokunda 1/4 final mərhələsinin sonuncu matçı keçirilib.

Futbolpress.az xəbər verir ki, “Yuventus” penaltilər seriyasında “Empoli”yə məğlub olaraq, bu mərhələdə mübarizəni dayandırıb.

Bundan öncə “Bolonya”, “İnter” və “Milan” adını yarımfinala yazdıran komandalardır.

İtaliya Kuboku

1/4 Final

27 fevral

Yuventus – Empoli 1:1 (pen: 2:4)

Qollar: K.Truam, 66 – Y.Maleh, 24