“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Yuventus”dan Moyze Kini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
“Fiorentina” Kin üçün “Yuventus”a bonuslarla birlikdə 18 milyon avro ödəyəcək.
Forvard ötən mövsüm “qoca sinyora”da 20 oyunda meydana çıxıb və fərqlənə bilməyib.