Seriya A-da heç-heçələr günü

İtaliya A Seriyasında XXX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə keçiriləm hər iki matç “sülh”lə başa çatıb.

Lider “İnter”lə ikinci pillə sahibi “Napoli” qələbə qazanıb. 3-cü yerdə qərarlaşan “Atalanta” isə məğlub olub.

İlk gündə 4 qarşılaşma baş tutub. “Yuventus”, “Bolonya” və “Roma”ya 3 xalı qazanmaq üçün 1 qol bəs edib.

İtaliya A Seriyası

XXX Tur

29 mart

Komo – Empoli 1:1

Qollar: A.Duvikas, 61 – C.Kuame, 75

Venesiya – Bolonya 0:1

Qol: R.Orsolini, 49

Yuventus – Cenoa 1:0

Qol: K.Yıldız, 25

Leççe – Roma 0:1

Qol: A.Dovbik, 80

30 mart

Kalyari – Montsa 3:0

Qollar: N.Vyola, 49, C.Qaetano, 73, Z.Luvumbo, 90+2

Fiorentina – Atalanta 1:0

Qol: M.Kin, 45

İnter – Udineze 2:1

Qollar: M.Arnautoviç, 12, D.Frattezi, 29 – O.Solet, 71

Napoli – Milan 2:1

Qollar: M.Politano, 2, R.Lukaku, 19 – L.Yoviç, 84

31 mart

Verona – Parma 0:0

Latsio – Torino 1:1

Qollar: A.Maruşiç, 57 – Q.Qineitis, 82