“Yuventus” “Barselona”dan müdafiəçi alır

İtaliyanın “Yuventus” klubu müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Futbolpress.az Football İtalia nəşrinə istinadən xəbər verir ki, “Qoca sinyora”nın radarın fransız müdafiəçi Kleman Lanqle düşüb. “Ağ-qaralar” 29 yaşlı mərkəz müdafiəçisini heyətində görmək istəyir. “Barselona” klubuna məxsus Lanqle son mövsümü icarə əsasənda “Aston Villa”da keçirib. Burada 25 oyuna çıxan fransız müdafiəçi bir dəfə məhsuldar ötürmə müəllifi olub. Futbolçunun Kataloniya klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.