“Yuventus” argentinalı vingerlə razılaşdı

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”dan Niko Qonsalesi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı vinger 2024/25 mövsümünü “Yuventus”da icarədə keçirəcək.

26 yaşlı futbolçu ötən mövsümdə “Fiorentina”da 44 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib.