“Yuventus” amerikalının müqaviləsini uzadacaq

Amerikalı yarımmüdafiəçi Ueston Makkenni “Yuventus”la müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Yeni sözləşmənin müddəti 2026-cı ilin yayına kimidir.

Makkenni ötən mövsümdə 38 oyunda 10 məhsuldar ötürmə ilə yadda qalıb.