“Neftçi”nin futbolçusu Yuri Matias açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan braziliyalı müdafiəçi “ağ-qaralar”la titul qazanmaq istədiyini deyib:
“Titul qazanmaq istəyirik. “Neftçi” kimi ənənəsi, hekayəsi olan komanda çempion olmaya bilməz. Avrokuboklara qatılmaq niyyətindəyik. Təəssüf ki, bu il kənarda qaldıq. Son turda məğlubiyyət buna səbəb oldu. “Neftçi” kimi klub böyük yarışlarda mübarizə aparmalıdır. Mən də mümkün qədər çox oynamaq istəyirəm”.
Matias ötən mövsümkü performansını dəyərləndirib:
“30-dan çox oyun keçirib, 5 qol vurdum və 2 məhsuldar ötürmə etdim. Bu, fərdi olaraq yaxşıdır. Avrokuboklarda mübarizə apardıq, birinci mərhələni keçsək də, sonra “Beşiktaş”a uduzduq. Azərbaycan Premyer Liqasında da çempion ola bilmədik. “Qarabağ”ın hegemonluğuna son soymaq çətindir, amma gələn mövsüm bununçün çalışacağıq. Ölkənin ənənəvi klubunu layiq olduğu yerə çatdırmalıyıq”.