Rud Van Nistelroy “Mançester Yunayted”dən ayrıldıqdan sonra sosial şəbəkə hesabında paylaşım edərək, kluba ismarıc göndərib.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Nistelroy sosial şəbəkədəki səhifəsində kluba və azarkeşlərinə müraciət yazıb: “Mançester Yunayted” Futbol Klubunun bütün üzvlərinə, xüsusən də heyətinə, oyunçularına və azarkeşlərinə inanılmaz səylərinə və dəstəyinə görə ürəkdən təşəkkür etmək istəyirəm. Bir oyunçu, məşqçi və menecer kimi klubu təmsil etmək şərəf və imtiyaz idi. Mən birlikdə paylaşdığımız xatirələri həmişə yaşadacağam. “Yunayted” hər zaman ürəyimdə xüsusi yer tutacaq və ümid edirəm ki, çox tezliklə “Old Trafford”da şöhrətli günlər yenidən olacaq. Təkcə mən klubun uğur qazanmasını istədiyim üçün deyil, hamınız buna layiq olduğunuz üçün!”
Xatırladaq ki. Erik Ten Haqın gedişindən sonra “qırmızı şeytanlar”ın baş məşqçi postunu müvəqqəti idarə edən Nistelroyu, gənc mütəxəssis Ruben Amorim əvəzləyib.