Yunanov təklif gözləyir: “Premyer Liqa klubları hücuma legioner istəyir”

Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən Amil Yunanov klubsuzdur.

31 yaşlı hücumçu “FutbolPress“ə açıqlamasında təklif gözlədiyini bildirdi:

“Hələ nəsə yoxdur, təklif gözləyirəm. Görək, necə olacaq. Premyer Liqa klubları hücuma legioner istəyir. Ona görə təklif yoxdur. Necə olacağını görəcəyik. Ötən mövsümü zədə alsam da, pis oynamadığımı düşünürəm”.

Yunanov müqavilə ilə “Səbail”ə məxsus idi. Onun müddəti başa çatan müqaviləsi uzadılmayıb. Forvard “Kəpəz”də 15 oyunda 3 qola imza atıb.