Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Kəpəz”də keçirən Amil Yunanov azad agentdir. Müqavilə ilə “Səbail”ə məxsus olan 31 yaşlı hücumçunun sözləşmə müddəti başa çatıb və klubsuzdur.
Yunanov “FutbolPress“ə açıqlamasında Premyer Liqadan təklif olmadığını, hələ gözlədiyini söylədi. Forvard I Liqada oynamağa müsbət yanaşmır və bu səbəbdən gözləmə mövqeyinə keçib.
Amil karyerası ərzində “Turan Tovuz”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, “Keşlə” (indiki “Şamaxı”), “Səbail”, “Kəpəz”, “Sumqayıt” kimi komandalarda çıxış edib. O, Azərbaycan yığmasında isə 5 oyunda forma geyinib.
Şahin Cəfərov