“Mançester Yunayted”in futbolçusu Fakundo Pellistri karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı vinger “Panatinaikos”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Yunanıstan klubu “Mançester Uunayted”ə 6 milyon avro ödəyəcək.
Fakundo 2020-ci ildən “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. 22 yaşlı vinger Premyer Liqada 13 oyunda meydana çıxıb.