“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”yə qarşı keçirəcəyi oyunu Yunanıstan olan Anastasios Papapetru idarə edəcək.
“FutbolPress“in məlumatına görə, referi daha əvvəl Azərbaycan yığmasına təyinat alıb.
Anastasios 2022-ci ilin iyununda UEFA Millətlər Liqasında Belarusa qarşı keçirilən matçda idarəçilik edib. Həmin görüş yığmanın 2:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Mahir Emreli və Ramil Şeydayev vurub. Millinin heyətində Emreli sarı vərəqə ilə cəzalanıb.
Oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək. Azərbaycan təmsilçisi ilk matçda “Tottenhem”ə uduzub – 0:3. “Malmö” isə Şotlandiya “Reyncers”i ilə bacarmayıb – 0:2.