Futzal üzrə Azərbaycan Yüksək Liqasında VIII turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Şuşa” ilə üz-üzə gəlib. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb – 4:0. İkinci görüşdə “Neftçi” İK “Yasamal Bakı”nı 18:1 hesabı ilə üstələyib. Sonuncu oyunda isə “Baku Fire” U-19-a şans verməyib – 9:1.
Qeyd edək ki, görüşlərdən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.