“Kəpəz” Sadiq Şəfiyev ilə müqavilə bağlayıb.
Futbolpress.az xəbər verir ki, futbolçu “Turan Tovuz”dan mövsümün sonuna kimi icarəyə götürülüb.
19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib.
Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.