Cümə axşamı Fransa milli komandasına çağırılan futbolçuların siyahısı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, siyahıya Madrid “Real”ının hücumçusu Kilian Mbappe də daxil edilib. Məlum olduğu kimi, Mbappe bundan əvvəlki iki təlim-məşq toplanışında (oktyabr və noyabrda) milliyə çağırılmayıb.
Bu ay Fransa yığması Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiya ilə martın 20-də (səfərdə) və 23-də (evdə) iki oyun keçirəcək.