“Latsio”nun əfsanəsi Çiro İmmobile “İnter”lə müqavilə imzalayaraq İtaliyaya qayıda bilər.
Futbolpress.az xəbər verir ki, İmmobile hazırda “Beşiktaş”da çıxış edir. İstanbul təmsilçisi ilə 33 matçda forma geyinən və 15 qol vuran təcrübəli futbolçu A seriyasına qayıtmağı düşünür. Mənbələrin məlumatına görə, futbolçu özünə yeni komanda axtarmağa başlayıb.
Hazırda “İnter”in hücum xəttində yaxşı oyunçu heyəti var, lakin Marko Arnautoviç və Xoakin Korreanın bu yay komandadan ayrılacağı gözlənilir. Mehdi Tareminin gələcəyi hələ tam bəlli deyil. Bütün bunlar İmmobile ilə müqavilənin imzalanmasının reallığa çevrilə biləcəyini ortaya qoyur.
“Transfermarkt” oyunçunu 2,8 milyon avro qiymətləndirir.