“Barselona”nın yeni transferi Dani Olmo La Liqanın I turunun “Valensiya” ilə görüşünü buraxacaq.
Futbolpress.az xəbər verir ki, maliyyə problemləri yaşayan Kataloniya klubu oyunçunu qeydiyyatdan keçirə bilməyib. Bu barədə “Relevo” nəşri məlumat yayıb.
“Barselona” növbəti həftə ispan yarımmüdafiəçini qeydiyyatdan keçirməyi planlaşdırır.
La Liqa təmsilçisi Olmonu “Lepysiq”dən transfer edib.