Yeni transferi “Qalatasaray”ın tarixinə düşdü

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Norviç”dən yarımmüdafiəçi Qabriel Saranı transfer edib. “Cim-bom” braziliyalı oyunçu üçün 18 milyon avro ödəyəcək.

Sara klub tarixinin ən bahalı transferi olub. Buna qədər rekordçu Mario Jardel idi. “Qalatasaray” 2000-ci ildə braziliyalı keçmiş hücumçunu 17 milyon avroya transfer etmişdi.