“Napoli” İtaliya A Seriyasının IV turunda “Kalyari”ni məğlub edib – 4:0.
Futbolpress.az xəbər verir ki, Neapol təmsilçisinin vingeri David Neres görüşdə sonuncu qolun məhsuldar ötürməsini edib.
“Opta”ya görə, braziliyalı oyunçu “Napoli”də debüt mövsümündə ardıcıl üç oyunda azı bir məhsuldar ötürmə edən ilk oyunçudur.
Neres yayda “Benfika”dan “Napoli”yə keçib.