Türkiyənin “Trabzonspor” klubu itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin cinah yarımmüdafiəçisi Oleksandr Zubkov zədələnib. Ukraynalı müdafiəçi ölkə kubokunda “Rizespor”la matçın (5:2) birinci hissəsində Muhammed Çam ilə əvəzlənib.
Zubkov qış transfer dönəmində “Şaxtyor”dan “Trabzonspor”a keçib. O, Super Liqada 3, ölkə kubokunda 2 oyuna çıxıb.