Yeni transfer seçimini etdi

“Real”ın yeni transferi Deyan Heysen forma nömrəsini seçib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “kral klubu”nda 24 nömrəli formada mübarizə aparacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Real” Heyseni 59 milyon avroya “Bornmut”dan transfer edib. 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.