Yeni transfer icarəyə veriləcək

“Fənərbağça” yeni transferi Oqnen Mimoviçi icarəyə verəcək.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı cinah müdafiəçisi mövsümün sonuna kimi “Zenit”də çıxış edəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Klublar arasında razılıq əldə edilib.

“Fənərbağça” Mimoviçi bu qış transfer dönəmində “Srvena Zvezda”dan 6,7 milyon avro qarşılığında transfer edib.