Yeni transfer İbrahimoviçin göstəricisini təkrarladı

“Barselona” İspaniya La Liqasının V turunda “Jirona”nı məğlub edib – 4:1.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni transferi Dani Olmo bu görüşdə də qol vurub. İspan yarımmüdafiəçi La Liqada debüt oyununda ardıcıl üçüncü matçdır, fərqlənir.

Olmo “Barselona”da bu göstəriciyə nail olan 4-cü futbolçudur. Ondan əvvəl Hristo Stoiçkov, Zlatan İbrahimoviç və Sesk Fabreqas komandada debütündəki ilk üç oyununda fərqlənmişdi.