Yeni “qırmızı şeytan”: “Daha çox kubok qazanmaq üçün gəldim”

“Mançester Yunayted”in yeni transferi Coşua Zirkzee açıqlama verib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan niderlandlı hücumçu keçidi haqda bunları deyib:

“Baş məşqçi Erik ten Haq və klub rəhbərliyi ilə görüşlərimdən sonra başa düşdüm ki, burada olmaq necə gözəldir. Klubun uğurlarında pay sahibi olmaq üçün səbirsizlənirəm. Mən hər şeyini qazanmağa həsr edən oyunçuyam. Karyeramda səviyyə qalxmaq və daha çox kubok qazanmaq üçün bura gəldim. Sevincliyəm. Qısa istirahətdən sonra düşərgəyə qoşulacam və bütün gücümlə çalışacam”.

“Mançester Yunayted” Zirkzeeni “Bolonya”dan transfer edib. Onunla 5 illik müqavilə imzalanıb.