Yeni müqavilə imzaladı, maaşı artdı

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın maaşı məlum olub.

Futbolpress.az xəbər verir ki, “topçular”la yeni müqavilə imzalayan mütəxəssisin illik məvacibi 10 milyon funt-sterlinq olacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Arteta Premyer Liqada ən çox qazanan ikinci məşqçidir. Birinci sırada isə illik 20 milyon funt-sterlinq məvaciblə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır.