Yeni müqavilə, yeni maaş

Rusiyalı futbolçu Aleksandr Qolovin “Monako” ilə müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

Qolovinin yeni maaşı da məlumdur. 28 yaşlı futbolçu Fransa təmsilçisində illik 3,6 milyon avro məvacib alacaq. Bu barədə “Championat” nəşri məlumat yayıb.

Aleksandr 2018-ci ildən “Monako”da çıxış edir. O, 210 oyunda 31 qol vurub, 39 məhsuldar ötürmə edib.