“Bədavi Hüseynov Azərbaycan dilində danışa bilmir, ona görə də Abbas Hüseynovu kapitan seçdim. O, Azərbaycan dilini bilir” – Estoniyaya məğlubiyyətdən sonra (1:3) mətbuat konfransında bu sözləri deyən Fernandu Santuş haqda sosial şəbəkələrdə bəy tərifi yağdırılır.
Kütlə belə şeyləri sevir. Təcrübəli çoxbilmişlər də kütləni arabir belə “məhsullarla” “yemləyir”…
Bizə isə “Yeni AFFA” adlandırılan 2 apreldə “seçilmiş” Rövşən Nəcəf və həşəmətli İcraiyyə Komitəsinin fəaliyyətə başladığı 6 ayda ortaya çıxan tabloya diqqət edək:
Əsas milli:
Albaniya – Azərbaycan 3:1
Azərbaycan – Qazaxıstan 3:2
Azərbaycan – İsveç 1:3
Slovakiya – Azərbaycan 2:0
Estoniyaya – Azərbaycan 3:1.
5 oyun, 1 qələbə, 4 məğlubiyyət.
U-21
Slovakiya – Azərbaycan 3:2
Azərbaycan – Bolqarıstan 0:0
Lüksemburq – Azərbaycan 2:0
Azərbaycan – Serbiya 0:2
4 oyun, 3 məğlubiyyət, 1 heç-heçə
U-19
Azərbaycan – Qazaxıstan 2:0
Azərbaycan – Türkiyə (U-20) 0:5
Moldova – Azərbaycan 1:1
Şotlandiya – Azərbaycan 2:0
Niderland – Azərbaycan 3:0
Uels – Azərbaycan 3:0
Belarus – Azərbaycan 6:1
7 oyun, 1 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət
U-17
Belarus – Azərbaycan 4:0
Özbəkistan – Azərbaycan 2:0
Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)
Albaniya – Azərbaycan 1:1
Albaniya – Azərbaycan 4:1
Türkiyə – Azərbaycan 4:0
6 oyun, 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət
Kamil Əhməd