Yenə Morata, yenə “Yuventus”

“Atletiko”nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” ispan forvardın xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qoca sinyora”nın hücumçusu Arkadiuş Milik Polşa yığmasının düşərgəsində zədə alıb və uzun müddət oynamayacaq. Turin klubu onun əvəzinə Moratanı heyətə cəlb etmək istəyir.

31 yaşlı forvard daha əvvəl 2014-2016 və 2020-2022-ci illərdə “Yuventus”da çıxış edib.

Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. İspan futbolçu ötən mövsüm La Liqada 32 oyunda 15 qol vurub.