Yein transfer üç ay oynamayacaq

“Mançester Yunayted”in yeni transferi Leni Yoro əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçinin bərpası üçün 3 aya yaxın vaxt lazım olacaq.

“Mançester Yunayted” Yoronu “Lill”dən 62 milyon avroya transfer edib. Müdafiəçi “Arsenal”la yoldaşlıq oyununda zədələnib.