Yay transfer dönəmi davam edir. Böyük beşliyə daxil olan ölkələri komandaları heyətlərini gücləndirməyə davam edir.
Futbolpress.az xəbər verir ki, bu yayın bahalı transferi hazırda “Mançester Siti”ni “Atletiko”ya dəyişən argentinalı hücumçu Xulian Alvarezdir. “Hindular” bu transfer üçün “şəhərlilər”ə 75 milyon avroluq ödəniş edib. Növbəti sırada Dominik Solanke yer alıb. İngiltərəli hücumçunun ötən mövsüm göstərdiyi performans “Tottenhem” rəhbərliyini razı salıb. Solanke üçün “Bornmut”a təklif edilən 64,3 milyon avro qəbul edilib. Növbəti sırada isə iki futbolçu yer alıb. Bunlar “Benfika”nı PSJ-yə dəyişən Joao Neves və “Çelsi”nin yeni transferi Pedru Netodur. Hər iki futbolçu 60 milyon avro müqabilində heyətə daxil edilib. 5-ci sırada isə Amaduo Onana yer alıb. Çempionlar Liqası üçün iddialı heyət formalaşdıran “Aston Villa” onu “Everton”dan 59 milyon avro ödəyərək rənglərinə bağlayıb.