“Yarış Azərbaycanda olduğu üçün daha motivasiyalı idim”

Azərbaycanlı qadın güləşçi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 57 kq. çəki dərəcəsində mübarizə aparan xanım güləşçi təəssüratlarını jurnalistlərlə bölüşdü:

“Qalib gəldim, buna görə sevincliyəm. Yaxşı təlim-məşq toplanışları keçmişdik. Yarış Azərbaycanda olduğu üçün daha motivasiyalı idim. Çempion olmacağıma inanırdım. İlk görüşdən məşqçilərin tövsiyələrinə qulaq asdım. Çempion olduğum üçün başqa Prezident İlham Əliyev olmaqla, məşqçilərimə, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Daha əvvəl  Elnurə Məmmədova (53 kq) gümüş medal qazanmışdı.

Məlik Məlikov