Yarımfinala azarkeş marağı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni mübarizədən kənarlaşdıraraq adını finala yazdırıb.

“Qarabağ”ın “Araz-Naxçıvan”ı 3:0 hesablıyla məğlub etdiyi görüşdə tribunada 1300 tamaşaçı olub.

“Sabah”ın “Neftçi” ilə oyununda daha böyük azarkeş kütləsi vardı. “Bank Respublika Arena”da baş tutan görüşü tribunadan 6600 tamaşaçı izləyib.