“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin legioneri Edvin Kuçun formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasının V turunda İslandiyaya uduzub – 0:2.
Futbolpress.az xəbər verir ki, hər iki oyunçu bu görüşdə şans qazanıb. Yankoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Kuç isə 46-cı dəqiqədə oyuna daxil olub.
Monteneqro 5 turdan sonra xal qazana bilməyib və qrupda sonuncudur.