Yankoviç: “Böyük nailiyyətlər qazanmağı səbirsizliklə gözləyirik”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi instaqramda mövsümün yekunu haqda bunları yazıb:

“Arxada möhtəşəm bir mövsüm və unudulmaz anlar buraxdıq. Lakin bu, keçmişdə qaldı və indi növbəti addımlar hesablanmalıdır. Böyük nailiyyətlər qazanmağı səbirsizliklə gözləyirik. Uzun marafonda iştirak edən hər kəsə – komanda yoldaşlarıma, azarkeşlərə, ailələrimizə təşəkkür edirəm”.

“Qarabağ” mövsümü “qızıl dubl”la tamamlayıb. “Atlılar” Premyer Liqada və ölkə kubokunda çempion adını qazanıb.