İspaniya millisi UEFA Millətlər Liqasının IV turunda sabah Serbiya ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, yığmanın futbolçusu Lamin Yamal görüşü buraxacaq. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Yamal III turun Danimarka ilə matçında (1:0) zədələnib və bu səbəbdən düşərgəni tərk edib.
Oktyabrın 15-də keçiriləcək İspaniya – Serbiya oyununa saat 22:45-də start veriləcək.