Yamal tarixə düşdü

İspaniya millisi UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderlanda qalib gəlib.

Futbolpress.az xəbər verir ki, əsas və əlavə vaxtı bərabərliklə bitən matçda (2:2, 3:3) qalib penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə dəqiq olan ispanlar adını yarımfinala yazdırıb.

İspaniya millisinin heyətində 3-cü qolu Lamin Yamal vurub. O, turnir tarixində fərqlənən ən gənc futbolçu olub – 17 yaş 258 gün.

Daha əvvəlki rekord digər ispan Qavidə idi – 17 yaş 304 gün.