“Jirona”nın baş məşqçis Miçel La Liqanın V turunda “Barselona”ya uduzduqları (1:4) oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşdə iki qol vuran kataloniyalıların vingeri Lamin Yamaldan söz açıb:
“Yamal fərq yaradan oyunçudur. 17 yaşı olsa da, hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Messidən sonra onun kimisinin gəlməsini demək çətindir. Amma Yamal onun səviyyəsinə çata bilər”.
Lamin bu mövsüm La Liqada 5 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.