Yamal kimin “Barselona”da oynamasını istəyir?

“Barselona”nın futbolçusu Lamin Yamal birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, vinger “Bavariya”lı Camal Musialanın adını çəkib:

“Barselona”da kimin oynamasını istərdim? Neymarın adını çəkməyimi gözləyirsiniz, amma Musiala deyəcəm. Təəssüf ki, onun klubla uzunmüddətli müqaviləsi var”.