“Barselona” İspaniya La Liqasının XI turunda “Real”ı darmadağın edib – 4:0.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində Robert Levandovski (2), Lamin Yamal və Rafinya fərqlənib.
Yamal qol vurmaqla “el klasiko”lar tarixinə düşüb. O, “Barselona” ilə “Real” oyunlarında qol vuran ən gənc futbolçu olub – 17 yaş, 106 günlük.
Lamin ötən il, 2023-cü ilin oktyabrında “el klasiko”da forma geyinən ən gənc futbolçu olmuşdu – 16 yaş 107 gün.