Yamal: “Barselona”nın əfsanəsi olmaq istəyirəm”

“Barselona”nın futbolçusu Lamin Yamal bütün karyerasını “Barselona”da keçirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə 17 yaşlı vinger “Mundo Deportivo”ya açıqlamasında deyib:

“Transfermarkt”da dəyərim 120 milyon avrodur. Bu məbləği kiminsə ödəməsini istəmirəm. Çünki versələr, “Barselona”dan ayrılmalı olacağam. Ümid edirəm ki, “Barselona”dan heç vaxt ayrılmayaLcam və klubun əfsanəsi olacam”.