Yamal “ən yaxşı” seçildi

Avro-2024-ün yarımfinalında keçirilən İspaniya – Fransa oyununun ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, ispanların vingeri Lamin Yamaldır. 16 yaşlı futbolçu görüşdə komandasının birinci qolunu vurub.

İspaniya Fransanı 2:1 hesabıyla məğlub edərək, finala yüksəlib.