Ya Vinisius, ya Hummels

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu ada “Real”dan Vinisius Junior və Dortmund “Borussiya”sından Mats Hummels iddia edir.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.