Xviça PSJ ilə ilkin razılıq əldə edib

“Napoli”nin baş məşqçisi Antonio Konte cinah oyunçusu Xviça Kvaratsxeliyanın satıldığını etiraf edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabiritsio Romano məlumat yayıb. Onun sözlərinə görə Xviça artıq PSJ ilə 5 illik müqavilənin bütün detallarını razılaşdırıb. Futbolçunun maaşı indiki maaşdan 4-5 dəfə çox olacaq.

Hazırda Paris klubu “Napoli” ilə danışıqları davam etdirir. Gələn həftə yeni görüş baş tutacaq.